Oşodan mənalı sözlər və kəlamlar | Oşo sözləri

  • Dağıtmaq nifrətdən gələr, yaratmaq sevgidən gələr.

  • Azadlıq buradadır və indidir, o nə dünən, nə də sabahdır, azadlıq bax elə bu andır.

  • Hətta bəzən insan özü öz yalanına o qədər inana bilər ki, yalan həqiqət kimi görünə bilər.

  • Əsl sual ölümdən sonra həyatın olub-olmaması deyil. Əsl sual ölümdən əvvəl sizin canlı olub-olmamağınızdır.

  • Yaş fərqi, cahillik və bilik arasında fərq deyil.

  • Çünki yuxular sadəcə yaşanmamış düşüncələrdir. Gündüzdən qalan yaşanmamış arzular və həsrətlər...Özlərini heç olmasa yuxuların içində tamamlamağa çalışırlar.

  • Həqiqət həqiqətdir,onun sənin mənliyinə hansı qapıdan girməyinin elə də önəmi yoxdur.

oso sozleri Oşodan mənalı sözlər və kəlamlar | Oşo sözləri
 
    • Sevgi əlkimyadır.Nəyi sevirsənsə, ona çevriləcəksən.Heç vaxt səhv şeyləri sevmə, çünki səni dəyişdirəcək.Heç nə sevgi qədər insanı dəyişdirə bilməz.Səni göylərə, yuxarılara qaldıracaq, sənin fövqündə olan şeyləri sev..

    • Bir şeyi unutma: Səni dəyişdirən hər şey yaxşıdır. Səni böyüdən, genişləndirən, şüurunu inkişaf etdirən hər şey yaxşıdır. Səni dayandıran və hazırki vəziyyətini qoruyan hər şey ölümcüldür, intihardır.

    • İnsanlar əgər sənin dəli olduğunu düşünürsə deməli sən fərqlisən deməli sən düz yoldasan hərkəsin getdiyi yol ilə gedib hərkəsi məmnun etmirsən öz bildiyin yol ilə gedirsən və bu insanlara dəlilik kimi gəlir.

    • Səni çiçək açmağa,azadlığa aparacaq şey sadəcə sənin səsindir.

    • Müqayisə çox axmaq bir münasibətdir, çünki hər bir insan özlüyündə unikaldır, nadirdir, müqayisə edilməzdir. Elə ki siz bunu dərk edirsiniz, qısqanclıq da yox olur. Unutmayın, hər bir insan unikal və müqayisə edilməzdir.

  • «Yaxşısan» deyərlər va özümüzün yaxşı olduğumuzu düşünərik. «Gözəlsən» deyərlər və gözəl olduğumuzu düşünərik. «Pissən» ya da "çirkinsən" deyərlər… İnsanlar haqqımızda nə deyirsə desin onları depolamağa davam edərik. Bu şəxsiyyətimiz halına gələr. Və bu tamamilə saxtadır, çünki heç kim səni tanıya bilməz, sənin kim olduğunu səndən başqa heç kim bilməz. Onlar yalnız sənin bəzi tərəflərini tanıyanlardır və o tərəflərin, o yanların çox səthi və üzdəndir. daha az

  • Əsl yüksək səviyyəli insanda hakimiyyətə coşqun həvəs olmur. Hakimiyyətə həvəs mənəvi yoxsulluqdan yaranır; pula ehtiras daxili kasıblıqdan əmələ gəlir.

  • İnsan həyatına sahiblik etmək olmaz...
    İnsan həyatını ovuc içində saxlaya bilməzsiniz.
    Əgər kimisə ovcunuzda saxlamaq isrəyirsinizsə onda gərək ovcunuzu həmişə açıq saxlayasınız...

  • Qısqanclıq özünüz, əlaqələriniz və başqaları  haqqında ən geniş yayılmış psixoloji nadanlıqdır..

  • Dünyanı hər kəsin öz gülünü ora gətirə biləcəyi bir bağa deyil, bazara çevirdik.

  • Nə baş verirsə hər şeyə cavabdeh yalnız sən özünsən. Qoy bu sənin üçün güclənmək, kamilləşmək vasitəsi olsun. Bütün olanlara görə məsuliyyəti öz boynuna götürməyi bacar. Başqasını yox, özünü sorumlu bil.

  • Qəribədir ki, həqiqət demokratik deyil. Nəyin düz və ya səhv olduğu səsvermə ilə qərara alınmır, yoxsa biz heç vaxt həqiqəti görə bilmərik. İnsanlar rahat olana səs verəcəklər, yalanlar isə həmişə rahatdır, çünki sənin işin yalnız bu yalana inanmaqdır – başqa heçnə etməmək.

  • Adətən, insanlar, ancaq şərtləri yerinə yetiriləndə sevirlər. Sevgi, sonsuz səmadır! Onu şərtlərlə, məhdudlaşdıraraq, dar çərçivə içinə sığışdıra bilməzsən. Bütün insanlığın ən dərin problemlərindən biri budur. Aşiq olduğun vaxt hər şey gözəl görünür; çünki o vaxtlar heç bir şərt irəli sürmürsən. Münasibət oturuşandan sonra şərtlər qoyulmağa başlanır. «Belə olmalısan, belə hərəkət etməlisən; yalnız, o halda səni sevərəm.» Elə bil ki, sevgi sövdələşmədir. 

  • Başqaları səni necə və kim olaraq görmək istəyirsə, sən o cür və elə olmağa çalışırsan.

  • Sevgidə heç vaxt qısqanclıq olmur. Harda ki qısqanclıq var, orda sevgi yoxdur. Qısqanclıq sevginin bir hissəsi deyil, qısqanclıq mülkiyyətçiliyin bir hissəsidir.

  • Öz təkliyindən zövq almayan adam heç vaxt kimlik ola bilməz.Təklikdə xoşbəxt olmağı bacarmayan, xoşbəxt olmaq üçün başqalarına gərk duyan adam kölədi, quldu...

  • İnsan yalnız o zaman bütün, tam bir varlıq sayılır ki, təkliyindən ləzzət alır..

  • Sən özünlə darıxmırsansa, özünlə sənə maraqlıdırsa kiminləsə münasibət qurmağa can atmayacaqsan..Bu o demək deyil ki, sən heç kimlə ünsiyyət qurmayacaqsan.Yox, əlbəttə danışdığın, görüşdüyün adamlar olacaq.Amma heç bir münasibət, heç bir kəs səndə asılılıq yaratmayacaq.Dostluq edəcən,söhbətləşəcən,görüşəcən.Bundan ləzzət alacaqsan.Ancaq nə bir kimsə səndən asılı olacaq, nə də sən kimdənsə asılı olacaqsan.

  • Təbii olaraq əgər sən başqaları tərəfindən qoyulmuş qayda və qanunlara əməl etsən, hörmət və şərəfə layiq olarsan. Əgər ikiüzlü olmağı bacarsan, cəmiyyətin ən hörmətli vətəndaşlarından olarsan, ancaq səmimi, dürüst insan olsan, özün olmağa inad etsən, hamı tərəfindən lənətlənərsən. Bunun üçün gərək böyük cəsarətin ola.

  • Körpə, doğulur və cəmiyyət uşağı öz fikirlərinə görə formalaşdırmağa başlayır. Halbuki əsas şeyi unudurlar — uşağın özünə aid potensialı var. Böyüyüb özü olmalıdı. Əgər böyüyüb özü olmasa bütün həyatı boyunca son dərəcə bədbəxt olacaq. Həyatı cəhənnəmdən, lənətdən ibarət olar və nəyin səhv olduğunu bilməz. Başlanğıcdan səhv tərəfə istiqamətləndirilmişdi və diqqətini yayındırmaq üçün sən bir məsələdə mütləq şərtləndirilməlisən. Bu da sənin olduğun halınla dəyərsiz, işə yaramayan bir insan olmağın məsələsdir.

  • Sən sevginin nə olduğunu bilmirsən. Sənə elə gəlir ki, bilirsən anlayışın var. Özündən uydurursan, sevgini öyrənmək lazımdı. Sevgi böyük bir elmdir.

  • Təsəvvür elə ki, bir rəqs klubunda  kimsə sənə yaxınlaşıb deyir: «Gəl rəqs edək». Rəqs edə bilmirsənsə cavabın necə olacaq? «Mən rəqs etməyi bacarmıram». Özünü dahi rəqqas kimi apara bilməzsən axı.Özünü gülünc vəziyyətə salmaqdan qorxacaqsan. Rəqs etməyi öyrənmək lazımdı. Plastikanı, hərəkətləri bilmək üçün məşq etməlisən. Fırça və kətan var deyə rəssam ola bilməzsən ki. Rəssamlıq sənətdi, onu öyrənmək lazımdı. Bəlkə nəsə qaralaya bilərsən. Amma rəsm əsəri yarada bilməzsən. Bir qadın görürsən. Həmin anda sevgiliyə çevrilirsən. Həmin an rəssan olub əsər yaradırsan. Bu necə olur? O da  tez fırçanı əlinə alıb çəkməyə başlayır. Heç birinizin ağlına gəlmir ki, nəticədə ikinizdə axmaq bir mənzərə cızıb ortaya qoyacaqsınız. Bu doğuşdan verilmir, bu fitri deyil. Sevgini öyrənirsən. Sevgi elmdir. Sevgi incəsənətdir. daha az

 

0 şərh